Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

Azərbaycanın Avropa Şurasına üzv olmasından 7 il ötür


Azərbaycan birinci dəfə 1996-cı ildə AŞ-nin Venesiya Komissiyasına üzv qəbul edildi

Azərbaycan birinci dəfə 1996-cı ildə AŞ-nin Venesiya Komissiyasına üzv qəbul edildi

Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 7 il ötür.


Azərbaycan parlamenti hələ 1992-ci ilin yanvarın 24-də «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün AŞ-yə müraciət etmişdi.


Azərbaycan birinci dəfə 1996-cı ildə AŞ-nin Venesiya Komissiyasına üzv qəbul edildi.


Nəhayət 2001-ci ilin yanvarın 17-də Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.


Hüquq müdafiəçisi Murad Sadəddinov deyir ki, Azərbaycanın AŞ-yə üzv olması siyasi məhbusların sayının azalması ilə nəticələndi. Hökumət penitensiar sistemdə islahatlar aparmağa başladı. Eyni zamanda Azərbaycan vətəndaşları Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək şansı qazandılar.


Hüquq müdafiəçisi bildirir ki, bütün bunlarla yanaşı ölkədə bir sıra sahələrdə xüsusən də söz azadlığı, sərbəst toplaşmaq hüququnun təmin edilməsi sahəsində problemli vəziyyət qalmaqdadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG