Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:29

Əmlak bazarında durğunluq yaranıb


Ev bazarında son dörd il ərzində ən aşağı aktivlik müşahidə olunub
Ev bazarında son dörd il ərzində ən aşağı aktivlik müşahidə olunub

«Yaxın dörd ildə evlərin qiymətində enmə müşahidə olunmayacaq». «Əmlak bazarı iştirakçıları» İctimai Birliyinin rəhbəri Nüsrət İbrahimov belə deyir. Onun sözlərinə görə, əksinə, daha çox qiymət artımı proqnozlaşdırılır: «Hələlik qiymətlərdə bir stabillik müşahidə olunur. Amma ayın ikinci yarısına qiymət artımı proqnozlaşdırırıq».


Birliyin araşdırmasına görə, ev bazarında son dörd il ərzində ən aşağı aktivlik müşahidə olunub. Bunun nəticəsində evini təcili satan şəxslər qiymətdə alıcıya güzəştə gediblər. Amma hətta belə güzəştli qiymətlər də deyəsən, bir çox sakinlərin cibinə uyğun deyil: «İndi əhali şok vəziyyətindədir, bilmir nəyi alsın, nəyi satsın. Hamı bazarda durulmanı gözləyir».


Bakıda ev-alqı satqısıyla məşğul olan firmalardan birinin rəhbəri Ayaz Alıyev da deyir ki, artıq 4-5 aydı mənzil satışında durğunluq yaranıb. Bir çox alıcılar 30-40 min dollarlıq ev axtarır: «Amma bina evlərdə birotaqlı mənzilin qiyməti 50 min dollardı».


A.Alıyev bildirir ki, əvvəllər məsələn, bir otaqlı ev satışa çıxarılandan 1-2 ay ərzində satılırdı: «İndi 4-5 ay qalır, heç maraqlanan da yoxdu».


Ayaz Alıyevin fikrincə, ev bazarındakı hazırkı qiymətlər şişirdilib, ona görə də alıcılıq qabiliyyəti yüksək deyil. Amma bu, heç də qiymətlərin aşağı düşəcəyinə ümid yaratmır.


Bəzi mütəxəssislərin fikrincə, ev bazarında sürətli qiymət artımı daha tez baş verə bilər. Çünki ilin əvvəlində əsas tikinti materiallarından olan sementin qiyməti qalxıb. Bu isə digər tikinti materiallarının qiymətinə də təsir edəcək. Deməli, evlərin indiki qiyməti hələ son deyil.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG