Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:56

Qobustanda aclıq davam edir


Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir

Qobustan qapalı həbsxanasında ömürlük məhbusların aclıq aksiyası davam edir. Bir gün əvvəl aclıq edənlərdən Elçin Əmiraslanov və Rüstəm Mehdiyevin aksiyanı dayandırması barədə yayılan məlumatlar təsdiqlənməyib.


Penitensiar sistemin mətbuat xidmətindən «Azadlıq» radiosuna bildiriblər ki, hazırda Elçin Əmiraslanov, Şakir Rzaxanov və Zaur Sultanov aclığı davam etdirirlər.


Elçin Əmiraslanovun qardaşı İlqar Əmiraslanov deyir ki, yanvarın 15-də qardaşı ilə görüşüb vəziyyətini öyrənmək istəsə də, həbsxanada buna imkan yaradılmayıb. Penitensiar sistemdən isə görüşə yanvarın 16-da şərait yaradılacağını deyirlər.


Ömürlük məhbuslar saxlanma şəraitlərinə etiraz edirlər və cəzalarının 15 illə əvəzlənməsini istəyirlər.


Hazırda Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir.


Günün bütün mövzuları

XS
SM
MD
LG