Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:58

13 yaşlı yazıçının ikinci kitabı...


Yeniyetmə yazar Yunis Səfərov
Yeniyetmə yazar Yunis Səfərov
Yeniyetmə yazar Yunis Səfərov ikinci kitabını «Белый Сокол. Наследник трона» («Ağ Şahin. Səltənətin varisi») adlandırıb. Yanvarın 15-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində kinorejissor Ayaz Salayev bildirdi ki, yeniyetmə yazarın seçdiyi mövzular əsasən sərgüzəşt, macəra və fantastika janrlarının qarışığından ibarətdir.

Bu, 13 yaşlı gənc istedadın rus dilində yazdığı ikinci kitabıdır. Yunisin ikinci kitabının adı birincisinə – «Белый Сокол. Рыцарь Тьмы» («Ağ Şahin. Zülmətlər Qəhrəmanı») çox oxşayır. Bununla belə, bu kitablar bir-birinin davamı deyil. Balaca yazıçı kitablarının tərtibatını da özü hazırlayır, illüstrasiyaları da özü çəkir...


Mərasimdə Bakı «Kitab Klubu»nun əməkdaşı Fazil Kərimov balaca yazıçıya uşaq kitabları hədiyyə etdi. O qeyd etdi ki, Yunis uşaq olsa da onun yazdıqları böyük adamların əsərlərinə oxşayır:


«Biz Yunislə çoxdan tanışıq, onun yeni kitabını www.kitabklubu.org saytına da yerləşdirmişik, artıq onunla maraqlananlar da var. Kitab mütləq Rusiyada da nəşr olunmalı, ingilis dilinə də tərcümə edilməlidir, bizim planda bu kitabı Azərbaycan dilinə də tərcüməsi də nəzərdə tutulub».


Sonra Yunis Səfərov özü çıxış edərək dedi ki, kitablarının mövzusu «fentezi» janrıdır, onları xeyrin şər üzərində qələbəsinə həsr edir. Onun qəhrəmanları sadə kəndli balasından nəhəng bir qəhrəmana çevrilərək, mifik şər qüvvələrlə mübarizə aparır... Balaca yazıçı qəhrəmanların dilini, onların yaşadığı ərazilərin xəritəsini də özünün yaratdığını dedi. sonra qeyd elədi ki, onu ilk əsərini yazmağa vadar edən yazıçı «Üzüklər hökmdarı» kitabının müəllifi J. Tolkiendir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG