Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Akif Muradverdiyev azadlığa buraxılıb


Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev

Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev

Prezident Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev həbsdən azad edilib. Ali Məhkəmədən APA -ya verilən məlumata görə, yanvarın 15-də hakim Tapdıq Mahmudovun sədrliyi ilə onun Apellyasiya Məhkəməsinin hökmündən verdiyi kasasiya şikayətinə baxılıb.


Məhkəmə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla, Muradverdiyevin cəzasının 5 il sınaq müddəti olmaqla şərti hesab edilməsi və Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən azad olunması barədə qərar verib. Onun davranışına nəzarət etmək Binəqədi rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinə həvalə olunub.
Kasasiya şikayətində A.Muradverdiyevin barəsindəki cinayət işinə xitam verilməsi xahiş olunmuşdu. Apellyasiya Məhkəməsi isə onun barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən, A.Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG