Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:03

«Bu ittiham ancaq məni həbs etmək üçün bəhanədir»


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ötən ilin noyabrında həbs olunub
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ötən ilin noyabrında həbs olunub

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi başlar-başlamaz hakim məhkəmə nəzarətçilərinə jurnalistlərdən diktofonları almağı tapşırdı. Vəkillər buna etiraz etsələr də, etirazları qəbul olunmadı. Bundan sonra məhkəmədə uzun müddət fasilə oldu.


Təqsirləndirilənlər Qənimət Zahidlə Vüsal Həsənov məhkəmə zalına gətirəndən sonra onların qollarındakı qandalları açdılar.


Qənimət Zahidin vəkili Elçin Sadıqovun növbəti vəsatəti isə işdə olan videokassetlərin göstərilməsiylə bağlı oldu. Vəkil dedi ki, Qənimət Zahidin Vüsal Həsənovu doğrudan da vurub-vurmamasını araşdırmaq üçün həmin videokassetlər göstərilməlidir. Ancaq hakim Südabə Məmmədova vəsatəti qəbul etmədi. Bundan sonra Qənimət Zahid hakimə etiraz etdi. Dedi ki, əgər məhkəmə başlanan kimi onun müdafiəsinə lazım olan vəsatətlər qəbul olunmursa, məhkəmənin sonrakı gedişinin obyektiv olacağına inanmır.


Sonra prokuror Ceyhun Kazımov dövlət ittihamını oxudu. İttihamda göstərilir ki, Qənimət Zahid ötən ilin noyabrın 7-də «Azərbaycan» nəşriyyatının qarşısında Sevgiladə Quliyeva adlı qadını təhqir edib, Vüsal Həsənov onu müdafiə etmək istəyəndə isə Qənimət Zahid onu döyüb.


Vüsal Həsənov ifadəsində hadisənin ittihamnamədə göstərilən kimi olduğunu bildirdi. Qənimət Zahid isə dedi ki, bu hadisə ona qarşı əvvəlcədən hazırlanıbmış: «Bu, tamamilə cəfəng ittihamdır. İttihamnamədə göstərilən hadisə yeniyetmələrin dalaşmasını xatırladır. «Azadlıq» qəzeti ölkədə ziyalı elitasını formalaşdıran qəzetlərdən biridir. Bu ittiham ancaq və ancaq məni həbs etmək üçün bəhanədir. Necə ki, indi həbsdə olan qardaşım, «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakiti şərləyib həbs ediblər, bu da həmin şeydir».


Qənimət Zahid ifadəsində dedi ki, həmin gün nəşriyyatın qarşısında bir qadın əvvəlcə onu söyüb, o, məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq istəyəndə isə Vüsal Həsənov ona yaxınlaşıb, guya qadına sataşdığı üçün mübahisəyə başlayıb.


Vüsal Həsənov isə bu planı Qənimət Zahidin onun üçün hazırladığını bildirdi.


Daha sonra iş üzrə 3 nəfər əsas şahidlər danışdı. Onlar da Qənimət Zahidin günahkar olduqlarını dedilər. Vəkillər isə onların ifadələrinin ziddiyyətli olduğunu bildirib, şahidlərin dediklərinin videokassetlərlə göstərilməsini istədilər.


Ancaq hakim bildirdi ki, məhkəmənin buna texniki imkanları yoxdur. Qənimət Zahidin vəkillərinin ifadələrlə bağlı ziddiyyətləri aydınlaşdırmaq üçün hal şahidlərinin məhkəməyə gətirilməsi haqqındakı vəsatətləri də qəbul edilmədi.


Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ötən ilin noyabrında həbs olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG