Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:34

«Axı məni niyə tutmusunuz?»


Fətullayev bundan sonra hüquqlarını Avropa Məhkəməsində qoruyacağını bildirib

Fətullayev bundan sonra hüquqlarını Avropa Məhkəməsində qoruyacağını bildirib

«Çox təəssüf ki, mən prokurorun çıxışında suallarıma cavab almadım. Axı məni niyə tutmusunuz? Bu, mənə aydın deyil. İttiham aktında göstərilib ki, guya mən hökuməti terrorla hədələmişəm. Ancaq istintaq materiallarında bununla bağlı hər hansı hökumət qurumunun şikayəti yoxdur». Eynulla Fətullayev yanvarın 15-də Apellyasiya Məhkəməsində çıxışında belə deyib.
Fətullayev bildirib ki, məhkəmə sifariş yerinə yetirir: «Hər kəsə aydındır ki, məni yalnız jurnalist fəaliyyətinə görə həbs ediblər. Elə ittiham aktında da bunu sadəcə belə yazmaq lazım idi: Eynulla Fətullayevi tutmaq lazımdır. Bu, daha səmimi olardı».


İclasın başlanğıcında dövlət ittihamçısı çıxış edib. O, birinci instansiya məhkəməsinin qərarını əsaslı və ədalətli adlandırıb və məhkəmədən onu qüvvədə saxlamağı xahiş edib.


Vəkillər birinci instansiya məhkəməsinin qərarını bütün norma və azadlıqların, Azərbaycanın beynəlxalq öhdəliklərinin pozuntusu adlandırıb.


Eynulla Fətullayev bu məhkəmə instansiyasından sonra hüquqlarını Avropa Məhkəməsində qoruyacağını bildirib.


Məhkəmə qərarı sabah keçiriləcək iclasında elan edəcək.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev terrorçuluq ittihamı ilə 8,5 il müddətinə həbs edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG