Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:31

«Bəzi ölkələr GUAM-a mane olmaq istəyirlər»


«GUAM-ın sülhməramlı qoşunlarının yaradılması aktual məsələ olsa da, əsas prioriret deyil»

«GUAM-ın sülhməramlı qoşunlarının yaradılması aktual məsələ olsa da, əsas prioriret deyil»

«Bəzi ölkələr GUAM-ın fəaliyyətinə mane olmaq istəyirlər». Bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilatının baş katibi Valeri Çeçelaşvili «Azadlıq» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan beynəlxalq səviyyədə onların haqqında «qeyri-sağlam rəy» formalaşdırmaq istəyənlərə qarşı birgə fəaliyyət göstərirlər: «Amma bu, GUAM-ın hansısa təşkilatla və yaxud dövlətlə rəqabətə girməsi mənasında yozulmamalıdır».


Hazırda GUAM-ın gündəliyində üzv ölkələrin ərazisindəki münaqişələrə dair 2007-ci ilin payızında BMT Baş Assambleyasında irəli sürdükləri təşəbbüsü sona çatdırmaq məsələsi durur.


Cənab Çeçelaşvili deyir ki, əsas məqsəd Dağlıq Qarabağ, Dnestryanı və Osetiya münaqişələrinin sülh yolu ilə həllinə dair planlara beynəlxalq dəstəyin möhkəmləndirilməsidir: «Hazırda ölkələrimiz potensial tərəfdaşları ilə aktiv məsləhətləşmələr aparır ki, BMT Baş Assambleyası çərçivəsində qaldırdığımız bu layihə inkişaf etdirilsin. Düzdür, bəzi ölkələr var ki, bizim təşəbbüsə tərəfdar çıxmırlar. Amma inanırıq ki, bizimlə həmfikir olan və bizi dəstəkləyən tərəfdaşların sayı artacaq».


Valeri Çeçelaşvili onu da vurğulayıb ki, GUAM ölkələri öz ərazilərində sabitliyi qorumaq gücündədirlər. Eyni zamanda, onun fikrincə, GUAM-ın sülhməramlı qoşunlarının yaradılması aktual məsələ olsa da, əsas prioriret deyil.


GUAM dövlət başçılarının növbəti sammiti bu il Tbilisidə baş tutacaq. Yaxın vaxtlarda isə Bakıda GUAM Parlament Assambleyasının, fevralın 13-14-də isə Kiyevdə GUAM milli koordanitorlarının yığıncağı olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG