Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

XİN amerikalı həmsədrin çağırışlarını şübhə altına alır


«Hazırda nə prezidentlərin, nə də nazirlərin görüşləri nəzərdə tutulub»

«Hazırda nə prezidentlərin, nə də nazirlərin görüşləri nəzərdə tutulub»

Xarici İşlər nazirinin müavini Araz Əzimov Ermənistandakı seçkilərə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı şifahi razılıq əldə edilməsinə dair amerikalı həmsədrin çağırışlarını şübhə altına alıb.


«Metyu Brayzadan soruşdum, güldü və dedi ki, onu düzgün başa düşməyiblər. Mən şifahi razılaşma ilə yazılı razılaşma arasında yalnız protokol fərqlərini görürəm. Əsas məsələ razılıqdır. Hazırda isə o əldə edilməyib. Amma əsas razılıq əldə edilirsə, daha sonra onun yazılması da mümkündür. Seçkilərə qədər, ya seçkidən sonra, ümumiyyətlə, bizim üçün açıq qalan məsələlər üzrə aydınlıq əldə edildiyi halda razılaşma mümkün olacaq».


Araz Əzimov onu da vurğulayıb ki, son 3 ildə danışıqlarda müəyyən nəticələr olsa da, bunlar kardinal dəyişiklik etmək üçün kifayət deyil. Bakı daha dialoq naminə dialoq istəmir. «Əgər qarşı tərəf vaxt udmaq fikri ilə yaşayırsa, biz bunu dəstəkləməyəcəyik».


Araz Əzimov deyib ki, həmsədrlər yanvarın 14-də Bakıda ötən il Madriddə təqdim etdikləri təkliflər layihəsini müzakirə ediblər və Yerevanın bunlara cavabından asılı olaraq danışıqların növbəti addımları müəyyənləşəcək.


Nazir müavini onu da deyib ki, hazırda gündəlikdə nə prezidentlərin, nə də xarici işlər nazirlərinin görüşləri durur. Belə ki, əvvəlcə həmsədrlər Yerevanın əsas prinsiplərlə bağlı mövqeyini konkretləşdirməlidirlər və bu olmasa, onların həftə sonu Bakıya qayıdacağı da sual altındadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG