Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:11

«Jurnalistlərin həbsi mətbuatın faciəsi deyil»


«2007-ci ilin Azərbaycan mətbuatının «qara ili» olması ilə bağlı deyilənləri bölüşmürəm»
«2007-ci ilin Azərbaycan mətbuatının «qara ili» olması ilə bağlı deyilənləri bölüşmürəm»

Hakimiyyətin mətbuatla bağlı 2007-ci ildə apardığı təzyiq siyasəti çoxlu sayda jurnalistin həbsi, qəzetlərin bağlanması şəklində özünü göstərdi. İlin sonunda verilən əfv fərmanı da əslində 2008-ci il üçün həyəcan siqnalı xarakteri daşıyırdı. Maraqlıdır, yenicə qədəm qoyduğumuz bu ildə mətbuat adına hökumətdən nə gözləməliyik?


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbənin müdiri Əli Həsənov «Yeni Müsavat»a müsahibəsində bu kimi sualları cavablandırıb.


«- 2007-ci ili jurnalist həbsləri, təzyiqlər baxımdan Azərbaycan mətbuatı üçün «qara il» kimi qiymətləndirirlər. Adətən seçki ilinin də jurnalistlər üçün çətin keçdiyini nəzərə alsaq, 2008-ci ilin mətbuat üçün daha ağır keçəcəyini proqnozlaşdıra bilərik...


- 2007-ci ilin Azərbaycan mətbuatının «qara ili» olması ilə bağlı deyilənləri bölüşmürəm. Bunu təsdiqləyəcək heç bir əsas yoxdur. Əksinə, Azərbaycanda 2007-ci ildə neçə-neçə yeni qəzet açılıb, ümumrespublika səviyyəli televiziya kanalı respublika ictimaiyyətinin qarşısına çıxıb. İki yeni regional kanal inkişaf edib. Ona görə də bu fikirlərlə razı deyiləm...


- Axı 2007-ci ildə jurnalist həbsləri baxımdan rekord göstərici əldə edilib?! Sizcə, bu, ilin mətbuat üçün qara keçməsinə işarə deyilmi?


- Bunu qətiyyən mətbuatın faciəsi və ya qara günü kimi dəyərləndirmək lazım deyil. Sadəcə olaraq, həmin jurnalistlərin fəaliyyəti ilə bağlamaq lazımdır.


...Hakimiyyət olaraq, cəmiyyətdə hər şeyin məsuliyyətini daşıdığımıza görə insanların şərəf və ləyaqətinin, hüquqlarının qorunması da bilavasitə hakimiyyətin fəaliyyətindən asılıdır. Qanun pozuntularına 2008-ci ildə də göz yummayacağıq».


Politoloq Qabil Hüseynli «Üç nöqtə»yə açıqlamasında bildirib ki, «Ermənistan siyasi sıxıntılar içərisində yaşayır».


«Hazırda Dağlıq Qarabağ erməniləri də müəyyən iddialarla çıxışlar edirlər. Ümumilikdə bu ölkədə yaranmış siyasi vəziyyət onu deməyə əsas verir ki, Ermənistanda keçiriləcək prezident seçkilərinin nəticəsi Dağlıq Qarabağ probleminin həllində əsaslı rol oynaya bilər. Bu ya problemin həllində müsbətə doğru dəyişikliklərlə müşayiət olunacaq, ya da ki, bu münaqişənin həlli əvvəlki kimi qeyri-müəyyən müddətə uzadılacaq. Hər halda hazırkı namizədlərin səsləndirdiyi bəyanatlar bunu deməyə əsas verir. Ter-Petrosyan Qarabağ münaqişəsinin həllində müəyyən mənada güzəştlərə gedəcək bir obraz kimi görünür».


Ekspert deyir ki, əgər Ermənistanda keçirilən prezident seçkiləri xalqın iradəsi ilə seçilən namizədin qələbəsi ilə başa çatsa demək olar ki, bu namizəd Ter-Petrosyan olacaq.


Rəsmi dövlət qəzetləri və iqtidaryönlü mətbuat prezidentin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsinə dair yazılar dərc etməkdədirlər.


«İki sahil» dövlət başçısının çıxışına istinadən bildirir ki, bölgələrin inkişafı Azərbaycanın hərtərəfli inkişafı deməkdir. Qəzet yazır ki, yeni iş yerlərinin yaradılması, yoxsulluq probleminin həlli dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanır.


«Prezident İlham Əliyev ölkənin iqtisadi imkanlarını nəzərə alaraq xalqın daha yaxşı yaşamağa haqqının olduğunu bildirir. Zəngin təbii resurslara malik olan Azərbaycan dövləti onlardan səmərəli istifadə nəticəsində iqtisadi potensialını daha da artırır. Bu isə öz növbəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə öz müsbət təsirini göstərir».


Azərbaycanın İraqdakı zabitləri ABŞ hərbi qüvvələri tərəfindən təltif olunublar. «Ekspress» yazır ki, Azərbaycanın İraqdakı sülhməramlı bölüyünün 4 zabiti nümunəvi xidmətinə görə «ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət» medalı ilə təltif olunub.


Xatırladılır ki, Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG