Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:19

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının ilk geniş tərkibli yığıncağı keçiriləcək


Yanvarın 17-də Aşqabadda Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının ilk geniş tərkibli yığıncağı keçiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim yanvarın 14-də həftəlik brifinqində məlumat verib.


Onun sözlərinə görə, iki ölkənin yüksək səviyyəli nümayəndələri əlaqələrin gələcək inkişaf yollarını müzakirə edəcəklər. Komissiyaya Azərbaycan tərəfdən baş nazirin müavini Yaqub Eyyubov rəhbərlik edir.


Hazırda Brüsseldə səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov da danışıqlarda iştirak etmək üçün iki gündən sonra Aşqabada gedəcək.


Türkmənistan Azərbaycanla Xəzərin statusu və Bakının 1990-cı illərdə aldığı türkmən qazına görə yaranmış borcu üzündən 2001-ci ildən diplomatik əlaqələrini dondurmuşdu.


2007-ci ildə Türkmənistanda yeni prezidentin seçilməsindən sonra isə iki ölkə rəhbərliyi əvvəlki münasibətləri bərpa etmək və ortaq problemləri həll etmək üçün hökumətlərarası komissiya yaradıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG