Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:17

Qarabağ problemi AŞ PA-nın Alt Komitəsində müzakirə olunacaq


AŞPA-nın qış sessiyası yanvarın 20-dən 25-dək keçiriləcək.
AŞPA-nın qış sessiyası yanvarın 20-dən 25-dək keçiriləcək.

Dağlıq Qarabağ problemi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası zamanı Alt Komitənin iclasında müzakirə olunacaq. Bunu «Azadlıq» radiosuna Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin rəhbəri lord Rassel Constonun Azərbaycana, sonra isə Ermənistana səfəri nəzərdə tutulub.


Seyidov bildirir ki, sessiya ərəfəsində Azərbaycanla bağlı həmçinin siyasi qruplarda, Monitorinq Komitəsində və digər komitələrdə müzakirələr gedəcək.


AŞPA-nın qış sessiyası yanvarın 20-dən 25-dək keçiriləcək.


Azərbaycan nümayəndə heyəti yanvarın 19-da Strasburqa yola düşəcək.


Səməd Seyidov bildirir ki, bu il fevralın əvvəlindən Azərbaycana Avropadan müxtəlif səfərlər olacaq. Bu missiyalar həm Dağlıq Qarabağ problemi, həm də Azərbaycanın öhdəlikləri baxımından çox önəmlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG