Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:09

Azərbaycanlı polis zabiti pantürkizm ittihamı ilə həbs edilib


Həbs edilən fəallar mənəvi və fiziki işgəncələrə məruz qaldıqların deyirlər
Həbs edilən fəallar mənəvi və fiziki işgəncələrə məruz qaldıqların deyirlər

Urmiyə Hərbi Məhkəmənin 1-ci şöbəsi yanvarın 11-də İran İnzibati Qüvvələrinin zabiti leytenant Həsən Əzizadəni «pantürkist və istiqlalçı dəstələri himayə və təbliğ etməkdə» günahlandıraraq, 91 gün həbsə məhkum edib. Eyni zamanda İranda yasaq edilən peyk televiziyasına görə cərimə verməli olub.


Xəbəri «Savalan Səsi» saytı yayıb.


Leytenant Əzizadə bundan 8 ay əvvəl milli məsələlərə meyl göstərdiyi və Azərbaycan fəallarına rəğbət bəslədiyinə görə Makı şəhəri ETTELAAT idarəsinin əməkdaşları tərəfindən bir neçə gün nəzarət altına alınmışdı. O, istintaq vaxtı mənəvi və fiziki işgəncələrə məruz qaldığını bildirmişdi. Lakin İnzibati Qüvvələrin Qərbi Azərbaycan vilayətindəki bədəvi hərbi komissiyası onu vəzifədən kənar etmək üçün kifayət qədər sənəd əldə edə bilməmişdi.


Sulduzdan alınan başqa bir xəbərə görə, tanınmış Azərbaycan fəallarından mühəndis İbrahim Müini 8 ay həbs və 40 zərbə şallaq cəzasının icrasından sonra yanvarın 12-də azad edilib.


Bu xəbəri isə «Urmu News» saytı yayıb.


İbrahim Müini ilk dəfə 2006-cı ilin may ayında baş verən kütləvi etiraz nümayişlərində iştirak etdiyinə görə 2 ay həbs edilmişdi.


Həmin etirazlar zamanı Sulduz ən çox qanlı hadisələrə şahid olmuş və bu tarixdən bəri şəhər hərbi vəziyyət altında saxlanılmışdı. Hadisələrin il dönümü ərəfəsində təxminən 60 fəal nəzarət altına alınmışdı ki, mühəndis Müini də onlardan biri idi. Həmin vaxt İnqilab Məhkəməsi onu 10 ay həbs və 40 zərbə şallaq cəzasına məhkum etmişdi.


Məhkəmə əvvəlki 2 ay həbs müddətini nəzərə alaraq, Müini 8 aydan sonra azadlığa buraxıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG