Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:18

«Azadlıq» bloku boykot fikrindən daşına bilər»


«Qərbin tələbləri nəzərə alsa, boykot variantından vaz keçilə bilər»

«Qərbin tələbləri nəzərə alsa, boykot variantından vaz keçilə bilər»

Bu barədə «Yeni Müsavat» yazıb. Bu ilin oktyabrında ölkədə növbəti prezident seçkisinin keçirilməsi nəzərdə tutulur. Əksər aparıcı siyasi partiyalar bu yöndə təşkilati hazırlıqlara da başlayıb. Hətta prezidentliyə namizədlər də müəyyən edilib. İddialı siyasi qurumlar seçki ilə bağlı konkret mövqe ortaya qoyur və ya bu barədə düşünür.


Qəzet yazır ki, son vaxtlar «Azadlıq» blokunun seçkiləri boykot etməklə bağlı taktikasını dəyişməsi müşahidə olunur. Blokda təmsil olunan partiyaların buna verdiyi izah sadədir - əgər hökumət Qərbin və yerli demokratik ictimaiyyətin tələblərini nəzərə alsa, boykot variantından vaz keçilə bilər.


AXCP sədrinin müavini Həsən Kərimov «Yeni Müsavat»a söhbətində birinci növbədə seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi uğrunda mübarizə aparmaq niyyətində olduqlarını dedi: «Seçki komissiyalarının paritet əsaslarla formalaşmayacağı təqdirdə, seçkiləri boykot edəcəyik. Məlum olduğu kimi, Avropa Şurası Venesiya Komissiyası Azərbaycan hakimiyyəti ilə bu məsələlər ətrafında müzakirələr aparır. Nəticələrə uyğun addım atacağıq. Qeyd etdiyim kimi, hökumət qanunvericiliyə dəyişiklik etməsə, boykotla bağlı qərar verəcəyik. Boykotun müxtəlif variantları - aktiv, passiv boykot var. Bunlardan birini seçəcəyik».


«Yoxsulluğun səviyyəsi 16 yox, 60 faizdir»- «Azadlıq» 13 yanvar sayında belə yazır. Qəzet yazır ki, Azərbaycanda yoxsulluğun səviyyəsi dünya standartlarına uyğun hesablanmır. «Çünki vaxt vardı bu göstərici 1 dollardan hesablanırdı. İndi isə yoxsulluğun səviyyəsi minimal istehlak səbətinə uyğun götürülməlidir».


İqtisadçı ekspert Vüsal Qasımov hesab edir ki, yoxsulluğun səviyyəsi ilə bağlı rəqəm açıqlananda görünür, keçən ilki inflyasiya və qiymət artımı nəzərə alınmayıb. Ekspertin fikrincə hazırda elan olunmuş rəsmi rəqəmlər reallıqdan çox uzaqdır.


Şərqdə ilk operanın 100 yaşı tamam oldu. Bu barədə «525» yazır. «100 il əvvəl - 1908-ci ilin yanvarında Bakıda havanın necə olduğunu dəqiqliyilə demək mümkün deyil. Hər halda, indikindən heç də az şaxtalı, çovğunlu olmazdı. Üstəlik o dövrdəki qarışıq mühitin, əsəbi cəmiyyətin milli tərəqqiyə qarşı bəslədiyi buz kimi biganəliyini nəzərə alsaq, 100 il əvvəlki yanvarın 2008-in bu qarlı qış axşamlarından daha dondurucu keçdiyini söyləyə bilərik. Ancaq, görünür, ətrafdakı hərarətin aşağı və ya yuxarılığının təpərli, qeyrətli, millətpərvər ürəklərə doğrudan da elə bir təsiri yoxmuş. Çünki Azərbaycana və bütün Şərqə ilk opera əsərinin - «Leyli və Məcnun»un birinci tamaşasının oynanılması xoşbəxtliyini yaşamaq məhz 1908-ci ilin yanvarında nəsib oldu. İki dahinin - Füzulinin və Üzeyir bəyin yaradıcı təfəkkürünün məhsulu olan bu möhtəşəm əsərin səhnəyə qoyulması, sözün ən yüksək mənasında, Şərq mədəniyyətində bir inqilab, köklü yenilik aksiyası kimi tarixə düşdü. Üzeyir bəy və onun bu nəcib işinə cani-dildən dəstək verən məsləkdaşları «Leyli və Məcnun»u ərsəyə gətirməklə Azərbaycanın və Şərqin dünya mədəniyyəti xəzinəsinə verdiyi ən parlaq incilərdən birinə imza atdılar».


Günün bütün mövzuları

XS
SM
MD
LG