Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:33

Dələduzluqla məşğul olduğu deyilən dəstə yaxalanıb


Prokurorluq bir qrup şəxs haqda cinayət işi başlayıb
Prokurorluq bir qrup şəxs haqda cinayət işi başlayıb

Azərbaycan Respublikası Baş Prokurorluğu «Rüşvətxorluğa və başqa neqativ hallara qarşı vətəndaş (xalq) nəzarəti Şurası» adı təşkilatın fəaliyyəti barədə cinayət işi başlayıb. Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, bu qurum 2006-cı ildə Mahmudov Şahin Maxsud oğlu tərəfindən yaradılıb. Təsisçilər təşkilatın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Lakin nizamnamənin müddəaları qanunvericliyin tələblərinə cavab vermədiyi üçün qeydiyyatdan imtina edilib.


Baş Prokurorluq bildirir ki, buna baxmayaraq Şahin Mahmudov qurumun fəaliyyətini davam etdirib, Şuranın guya ölkə rəhbərliyinin bilavasitə tövsiyəsi və dəstəyi ilə yaradıldığı, dövlət qeydiyyatından keçdiyi və qanuni fəaliyyətdə olduğu barədə uydurma məlumatlar yayıb. Şuranın xarici donorlar və dövlət büdcəsindən maliyyələşəcəyi, üzvlərə hər ayda 500-600 manata qədər maaş veriləcəyini elan edib.


Baş Prokurorluq bildirir ki, Şahin Mahmudov 62 rayonda «nümayəndəlik» adlanan struktur vahidləri təsis edib. Müxtəlif şəxsləri qurumun rayon nümayəndəliklərinə rəhbər, təhqiqatçı və nəzarətçi vəzifələrinə təyin edib, həmçinin onlara təşkilatın möhürü olan vəsiqələr verib. Nümayəndəliklərin rəhbərlərinə onların hüquq və vəzifələri barədə sənədlər paylanıb, məktublarında onların vətəndaşlardan neqativ hallar barədə ərizələr və məlumatlar qəbul etmək, birbaşa yoxlamalar aparmaq və nəticəsini protokolla rəsmiləşdirməklə tədbirlər görmək səlahiyyətlərinin olması göstərilib..


Nəticədə 2007-ci ilin fevral-iyun aylarında qurumun Ağdam, Ağcabədi, Bərdə, Qusar, həmçinin Bakının Nizami rayon nümayəndəlikləri dövlət orqanlarının səlahiyyətlərini mənimsəməklə, ayrı-ayrı hüquqi və fiziki şəxslərin barəsində vergilərin ödənilməsi, dövlət əmlakından təyinatı üzrə istifadə olunması, ekologiya, sanitar-gigiyena, ticarət və digər sahələrdə yoxlamalar aparıb.


Prokurorluğun məlumatına görə, müxtəlif təşkilatlara rəsmi blanklarda sorğular verilərək cavablar tələb edilib, müəssisələrdə əmlaka və sənədlərə baxış keçirilib, izahatlar alınıb, maliyyə-təsərrüfat sənədləri götürülüb, əmək intizamının vəziyyəti yoxlanılıb: «Bu qanunsuz yoxlamaların nəticəsində müxtəlif akt və protokollar tərtib edilib, o cümlədən hədə-qorxu və dələduzluq yolu ilə vətəndaşlardan pul əldə edilib».


Baş Prokurorluq bildirir ki, törətdiyi əməllərə görə, Mahmudov Şahin Maxsud oğlu, Cəfərov Azər Qəni oğlu, Qasımov Eldar İsrəfil oğlu, İsmayılov Salman Xeyrulla oğlu, Rüstəmov Fazil Abbas oğlu və Məmmədov Məhəmməd Bayram oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Digər iki nəfər - Şirinov Ramin Şahin oğlu və Əliyev Gəncəli Yunis oğlu barəsində isə axtarış elan edilib.


«Korrupsiya və neqativ hallara qarşı vətəndaş nəzarəti Şurası» adlı digər qurum təsis etmiş Mehman İbrahimov, Paşa Həsənov və Məcid Xasiyev barədə isə tədbirlər davam etdirilir.


Təqsirləndirilən şəxslərin yaxınlarının və onların vəkillərinin məsələyə münasibəti hələlik məlum deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG