Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:11

Milli Televiziya və Radio Şurası (MTRŞ) intellektual verilişlər və bəzi xüsusi buraxılışların Azərbaycan dilində yayımlanmasının təmin olunması barədə qərar qəbul edib.


Şuranın qərarına əsasən, subtitrlərlə Azərbaycan dilində tərcüməsinin verilməsi şərti ilə xəbərlər buraxılışı, əcnəbi dillərin öyrənilməsinə xidmət edən tədris proqramları (30 dəqiqədən çox olmamaq şərti ilə), intellektual verilişlər və bəzi xüsusi buraxılışlar xarici dillərdə efirə gedə bilər.


Qərarda teleradio yayımçılarına bu ilin sonunadək xüsusi intellektual proqramların da tədricən Azərbaycan dilində yayımlanmasının təmin olunması tövsiyə edilir.


2008-ci ilin yanvarın 1-dən ölkə ərazisində fəaliyyət göstərən bütün teleradio yayımçıları verilişilərini Azərbaycan dilində verirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG