Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:00

«Bundan sonra bir daha əfv ərizəsi yazmayacağam»


Eynulla Fətullayev apellyasiya şikayətində ona bəraət verilməsini istəyir

Eynulla Fətullayev apellyasiya şikayətində ona bəraət verilməsini istəyir

Yanvarın 11-də «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin apellyasiya şikayətinə baxılıb.


Eynulla Fətullayev deyib ki, iki ay öncə MTN-dən ona əfv ərizəsi yazmaq üçün müraciət olunmuşdu. Jurnalist vəkili İsaxan Aşurovla birlikdə əfv üçün anketi doldurduğunu deyib.


«Çox ümid edirdim ki, beynəlxalq birliyin tələblərindən sonra Azərbaycan hökuməti həbsdə olan bütün jurnalistlər azad edəcək. Azadlığa çıxan həmkarlarımı təbrik edirəm. Zahidov qardaşlarının və mənim həbsdə olmağım isə Azərbaycan üçün böyük biabırçılıqdır».


Fətullayev bununla belə Apellyasiya Məhkəməsinin ədalətli qərar çıxaracağını gözlədiyini deyib. Jurnalist bildirib ki, hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində qorumaqda qərarlıdır və bundan sonra bir daha əfv ərizəsi yazmayacaq.


Eynulla Fətullayev ona bəraət verilməsini və haqqında həbs hökmü çıxarmış məhkəmə heyətinin cəzalandırılmasını istəyir.


Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib və iclas yanvarın 15-nə kimi təxirə salınıb.


Fətullayev terrorçuluqla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.


Hazırda Azərbaycanda peşə fəaliyyəti ilə bağlı 3 jurnalist həbsdədir. Beynəlxalq insan hüquqları müdafiə təşkilatları onların dərhal azadlığa buraxılmasını tələb edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG