Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34

Naxçıvanda böhranlı vəziyyət yaranıb


Naxçıvanda internet klubları möhürlənib

Naxçıvanda internet klubları möhürlənib

Naxçıvanda çörək qıtlığı yaranıb. Səbəb kimi Muxtar Respublikada (MR) olan iki çörək zavodundan birinin - 1 saylı zavodun bağlanması göstərilir. Zavod enerji qıtlığına görə bağlanıb.


Bundan öncə MR-dakı bütün çörək sexləri bağlanıb. Hazırda yalnız bir çörək zavodu işləyir.


Enerji çatışmazlığı nəticəsində «Qazturbin» elektrik stansiyasının da fəaliyyəti nisbətən məhdudlaşıb. Naxçıvanda maye qaz qıtlığı da hiss olunur. Maye qaz satan maşınların qarşısında böyük növbələr yaranıb.


Artıq iki gündür ki, həm rayon və kəndlərə qazın verilməsi dayandırılıb.


İşıq isə şəhərin mərkəzi istisna olunmaqla MR-ya iki saatdan bir verilir.


Yanvarın 10-da axşam Ali Məclisin fövqəladə toplantısında qazın bərpası üçün İranla danışıqlar aparmaq qərara alınıb.


Enerji qıtlığına görə MR-dakı internet və kompyuter mərkəzləri möhürlənib, onların yanvarın 30-na kimi işləməsinə qadağa qoyulub.


Mağazalara da axşam saat 6-dan sonra işləməyə icazə verilmir.


Azərbaycan İrana 1 milyon kubmetr qaz verir, İran isə hazırda onun 250 min kub metrini verir ki, bu da qıtlığa səbəb olur.


Günün bütün mövzuları

XS
SM
MD
LG