Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:52

İcbari tibbi sığortanın tətbiqi haqqında sərəncam imzalandı


Vətəndaşa göstəriləcək tibbi xidmət zərfi ayrıca müəyyən ediləcək

Vətəndaşa göstəriləcək tibbi xidmət zərfi ayrıca müəyyən ediləcək

Yanvarın 10-da prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi haqqında sərəncam imzalayıb.


Sənəd vətəndaşlara tibbi xidmətlərin göstərilməsində icbari tibbi sığortanın tətbiqinə başlamağı nəzərdə tutur. Bununla da dövlət əhalinin sağlamlığının qorunması sahəsində öz öhdəliklərinin icrasını təmin etməyi düşünür.


Vətəndaşa göstəriləcək tibbi xidmət zərfi ayrıca müəyyən ediləcək.


Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətinə Konsepsiyanın icra edilməsi üçün ayrıca plan hazırlayıb təsdiq üçün prezidentə göndərməlidir. Konkret hansı tibbi xidmətlərin xərcini dövlətin öz üzərinə götürdüyü də yalnız o zaman bəlli olacaq.


İndiyə qədər də Azərbaycanda dövlətin nəzarətində olan tibb müəssisələrinin çoxunda xidmətlərin pulsuz olduğu bildirilir. Amma reallıqda bu xidmətlər vətəndaşa bir çox hallarda özəl xəstəxanalardan daha baha başa gəlir.


Günün bütün mövzuları

XS
SM
MD
LG