Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:22

İran Azərbaycanında qaz çatışmazlığı əhalini çətin duruma salıb


Təbrizdən verilən xəbərə görə, yanvarın 8-də şəhərdə 25 dərəcə şaxta olub

Təbrizdən verilən xəbərə görə, yanvarın 8-də şəhərdə 25 dərəcə şaxta olub

İranın şimal məntəqələri, o cümlədən də Azərbaycan vilayətlərində şaxta və aramsız yağan qar yanacaq qıtlığına səbəb olub. Ərdəbil, Zəncan, Qərbi və Şərqi Azərbaycan vilayətlərinin bir çox ərazilərinə qaz verilmir. Bu da yüz minlərlə insanı çox ağır şəraitə düçar edib.


« Fars » xəbər agentliyinin Təbrizdən verdiyi məlumata görə, yanvarın 8-də şəhərdə 17 ətraf kəndlərdə isə 25 dərəcə şaxta olub. Bu şəraitdə Təbrizin bəzi məhəllələrinə qaz çatmır. Evlərə qaz təzyiqini artırmaq üçün yanvarın 9 və 10-u bütün təhsil ocaqlarının fəaliyyəti dayandırılıb.


Artıq bir həftədir Qərbi Azərbaycanın Xalxal şəhəri qazsız qalıb. Yanvarın 7-də Xalxal əhalisi gecəni 26 dərəcə şaxta və boranda keçirib.


Qaz qıtlığı məntəqədə çörək çatışmazlığına da səbəb olub.


Qaz olmadığından elektrik sobalarının qiymətinin kəskin artması müşahidə olunur.


Ölkə rəsmiləri qazın əhaliyə normal verilməsi rejiminin nə vaxt bərpa ediləcəyi barədə hər hansı bir fikir irəli sürməyiblər. Bəzi xəbər mənbələri paytaxt Tehranda da qazın kəsiləcəyi ehtimalını bildirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG