Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:18

«Neft gəlirləri bahalaşmanı da artıracaq»


«Bahalaşma fevral ayının ortalarından başlayaraq daha da sürətlənəcək»

«Bahalaşma fevral ayının ortalarından başlayaraq daha da sürətlənəcək»

Bu il postsovet məkanı ölkələri arasında ən sürətli və böyük bahalaşma Azərbaycanda yaşanacaq. Qiymət artımının minimum 16% təşkil edəcəyi gözlənilir. MDB Dövlətlərarası Statistika Komitəsinin açıqlamasında bildirilir ki, sonrakı yerlərdə Tacikistanla Özbəkistan (10%) və Moldova (9%) gəlir. Bu barədə «Ekspress» baş məqaləsində yazıb.


«Bu hesabat dünya bazarlarında xam neftin qiymətlərinin $97-ni keçməsindən eyforiyaya düşən rəsmi Bakının 2008-ci illə bağlı «iqtisadi inkişaf və irəliləmə» proqnozlarına tərs gəlir.


Ekspertlərin fikrincə, xam neftin bahalaşması Azərbaycanın neft və neft məhsulları satışından əldə edəcəyi gəlirlərin artmasına səbəb olacaq. Lakin bu artım iqtisadiyyatın qeyri-neft sektoru və sənayedə irəliləyişə təkan verməyəcək, vətəndaşların tam əksəriyyətinin sosial rifah halını və yaşam şəraitini yaxşılaşdırmayacaq».


Ekspertlərin hesablamalarına görə, neft satşıından gələn hər 10 dollardan 9-u qeyri-neft sektorunun inkişafına sərf olunacaq. Təqaüd və müavinətlərin artırılması dövriyyədəki pul kütləsinin çoxalmasına səbəb olduğundan, bahalaşmanın fevral ayının ortalarından başlayaraq daha da sürətlənəcəyi şübhə doğurmur.


Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Baş İdarəsinin 16 saylı cəza çəkmə müəssisəsində dustaq dünyasını dəyişib. Penitensiar Xidmət Baş İdarəsindən «Ayna»ya verilən məlumata görə, dünyasını dəyişən Şamil Mövsüm oğlu Əsədov əvvəllər narkotiklərin qanunsuz saxlanmasına görə iki dəfə məhkum olunub. Bir il bundan öncə eyni cinayət əməlini törətdiyi üçün məhkum olunmuşdu.


Baş vermiş ölüm faktı üzrə Əzizbəyov rayon Prokurorluğunda araşdırma aparılır. Əzizbəyov rayon Prokurorluğundan verilən məlumata görə, məhkumun ölümü ilə bağlı ekspert rəyindən asılı olaraq cinayət işinin açılıb-açılmamasına qərar veriləcək.


Ədliyyə Nazirliyi Penitensiar Xidmət Baş İdarəsinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ruslan Bəşirli və Qədir Musayev yanvarın 12-dən aclıq aksiyasına başlayacaqlar. Bu barədə APA-ya məhkum Q.Musayevin qardaşı Yadulla Musayev məlumat verib. Onun sözlərinə görə, R.Bəşirli və Q.Musayevin aclıq aksiyasına əl atmalarının səbəbi həbsxana rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmalarıdır.


Y.Musayev bildirib ki, bir neçə gün əvvəl R.Bəşirli saxlanıldığı 3 nəfərlik kameradan ağır şəraiti olan 200 nəfərlik kameraya köçürülüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.


Rəsmi dövlət qəzeti «Azərbaycan» 2007-ci ili «sabitlik, tərəqqi və yüksəliş ili» adlandırıb.


Qəzet yazır ki, ötən il «Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan Azərbaycan üçün bir sıra uğurlu hadisələrlə yadda qalıb. 2003-cü ildə «Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam» deməklə səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev ötən bir ildə respublikanın sosial-iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə inkişafı üçün fəaliyyət prioritetlərini açıqlamış, onların düzgün və vaxtında icrası məqsədilə bir sıra addımlar həyata keçirmişdir».


XS
SM
MD
LG