Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:47

40-dan çox adam xəsarətlə bağlı həkimə müraciət edib


Şaxtalı hava yanvarın 10-na qədər davam edəcək
Şaxtalı hava yanvarın 10-na qədər davam edəcək

Son iki gündə yolların buz bağlamasına görə Bakıda 40-dan çox adam xəsarətlə bağlı həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın rəhbəri Mürsəl Həmidov «Azadlıq» radiosuna deyir ki, təcili yardıma müraciətlər başqa günlərlə müqayisədə çox artmayıb: «Adi günlərdə 1300-ə yaxın çağırışa gedirik. Yanvarın 7-dən isə orta hesabla gündə 1200 çağırışa getmişik. Buza görə zədələnmələrlə isə təxminən 35 nəfər müraciət edib».


Həmidov bildirir ki, müraciət edənlərin əksəriyyətinə yuxarı və aşağı ətrafların travmaları diaqnozu qoyulub.
Kliniki Tibbi Mərkəzə isə son iki gündə müxtəlif travmalarla 10-dək adam müraciət edib. Mərkəzin qəbul şöbəsindən «Azadlıq» radiosuna deyiblər ki, müraciətlər əsasən yüngül sınıqlarla bağlı olub, xəstələrə ilk yardım göstərilib və onlar evə buraxılıblar.


Şaxtalı hava yanvarın 10-na qədər davam edəcək. Sinoptiklər deyirlər ki, temperatur gecələr sıfırdan aşağı olacaq. Yollar buz bağlayacaq. Yanvarın 10-dan isə hava nisbətən yumşalacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG