Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:42

«Yaxın günlərdə çörək 40 qəpik olacaq»


30 qəpiyə satılan 500 qramlıq çörəyin qiymətinin 40 qəpik olacağına dair məlumatlar var
30 qəpiyə satılan 500 qramlıq çörəyin qiymətinin 40 qəpik olacağına dair məlumatlar var

Ötən ilin ikinci yarısından ölkəni bürüyən bahalaşma dalğasının bu il ən yüksək həddə çatacağı proqnozlaşdırılır. Hətta yanvar ayının ortalarında Tarif Şurasının yeni qiymət artımına imza atacağına dair xəbərlər var. Bu barədə «Yeni Müsavat» yazıb. Müstəqil ekspertlər yazda qeyri-ərzaq məhsullarının, tikinti materiallarının qiymətlərinin qalxacağını bildirir.


«Ən dramatik xəbər isə çörək və un məhsullarının qiyməti ilə bağlıdır. Hazırda 30 qəpiyə satılan 500 qramlıq çörəyin qiymətinin 40 qəpik olacağına dair məlumatlar var. Artıq buğda unundan hazırlanan çörəyin qiyməti azı bir dəfə bahalaşıb. Nəzərə çatdıraq ki, un məhsullarının qiymətinin qalxacağı hökumət nümayəndələrinin açıqlamalarından da hiss edilir. Dövlət Statistika Komitəsi taxıl istehsalının təxminən 4 faiz azaldığını açıqlayıb. 2006-cı illə müqayisədə 2007-ci ildə taxıl əkilmiş sahələr təxminən 45 min hektar azalıb».


Qəzet yazır ki, yağ və süd məhsullarının qiymətində artım baş verəcəyi də istisna deyil. Xatırladaq ki, ötən il Yeni Zelandiya istehsalı olan kərə yağının qiyməti əvvəlcə 6 manat 40 qəpiyə, bir qədər sonra isə 7 manat 40 qəpiyə qaldırıldı. «Ankor» markalı kərə yağının qiyməti də mərhələ-mərhələ 7 manat 10 qəpiyə çatdırıldı.


«Bir sözlə, bu il də Azərbaycanda yaşayış baha olacaq. Hökumət isə 2008-ci ildə əməkhaqlarını 30 faiz artırmağı nəzərdə tutub. Eyni zamanda yaşayış minimumu 70 manat dəyərində təsdiqlənib».


«Ayna» yazır ki, «Əhmədinijat əhalini yorğana bürünməyə çağırır». «Yola saldığımız həftənin sonunda İran prezidenti Mahmud Əhmədinijat ölkə vətəndaşlarına müraciət edərək, onları təbii qaza qənaət etməyə çağırıb. «Əhali isti paltarlar geyinməli, mənzillərinin temperaturunu aşağı salmalı, təbii qaz çatmayan başqa vətəndaşlar barəsində də düşünməlidir», - deyə o, hökumətin iclasında əhalidən tələb edib.


Çıxışının sonunda hökumət başçısı əminliklə bildirib ki, Allahın yardımı ilə İran bu asan olmayan vəziyyətdən də çıxacaq və enerjidən «ən yaxşı istifadə» vaxtlarına qovuşacaq.


Xəbərlərə görə, ölkənin şimal rayonlarında son zamanlar təbii qazın verilməsində problemlər yaranmaqdadır. Bunun əsas səbəblərindən biri kimi Türkmənistandan İslam Respublikasına «mavi yanacaq» ötürən əsas qaz kəmərində qəza baş verdiyi göstərilir. Habelə İranla Türkiyə arasında uyğun sahəyə dair bağlanmış müqavilənin pozulması da bununla əlaqələndirilir.


Güclü qarın yağması ilə əlaqədar ölkənin şimalındakı bir sıra məktəblər, xəstəxanalar, eləcə də çörək bişirən sexlər belə bağlanıb. Hətta Tehranda, ölkənin paytaxtında bəzi məktəblər qapadılıb.


Rəsmi dövlət qəzetləri ötən il parlamentin fəaliyyətinin yekunları ilə bağlı məlumat dərc ediblər. Milli Məclisin payız sessiyasında 132 qanun və qərarın qəbul edilməsi bildirilir. İqtidara yaxın qəzetlər müxtəlif ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün keçirilməsindən, Azərbaycan diaspor təşkilatlarından fəaliyyətindən bəhs edən məqalələr dərc ediblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG