Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:00

«Qərbin dəstəyini bərpa etmək Saakaşvili üçün çətin olacaq»


«Hər şey Qərbin Saakaşviliyə dəstəyindən asılı olacaq»
«Hər şey Qərbin Saakaşviliyə dəstəyindən asılı olacaq»

«Əsas olan demokratiyadır, demokratiya hər hansı bir liderdən daha geniş anlayışdır». ABŞ-ın Dövlət katibinin köməkçisi Metyu Brayzə Gürcüstandakı seçkidən dərhal sonra «Vol Strit Cornal»a belə deyib: «Birləşmiş Ştatlar Gürcüstandakı demokratiyanı müdafiə edir».


Maraqlıdır ki, eyni nəticəni Britaniyanın «Faynənşl Tayms» qəzeti də çıxarır. Qəzet yazır ki, son həftələr Qərbin gəldiyi nəticə odur ki, bütün dayağı Saakaşvilinin şəxsiyyətinə verməkdənsə, bunu bir az azaldıb, əsas dayağı Gürcüstandakı demokratik qurumlara və daha geniş sayda demokratik liderə vermək lazımdır.


Əgər bu yanaşma özünü doğrultsa, Gürcüstandakı indiki seçkinin regiondakı digər - Ermənistandakı və Azərbaycandakı seçkilərə də təsiri olacaq.


ATƏT bildirir ki, Gürcüstandakı prezident seçkisi demokratik standartların çoxuna cavab verdi, ancaq pozuntular oldu.


ATƏT-in Müşahidə Missiyasının rəhbəri, amerikalı konqresmen Hastings: «Dövlətin fəallığı ilə keçmiş prezidentin kampaniyası arasındakı fərq bəzən yoxa çıxırdı».


Yəni, Saakaşvili seçilmək üçün hökumətin inzibati imkanlarından öz xeyrinə istifadə etdi.


«Saakaşvili 50 faizdən bir az çox səs yığdığına görə, pozuntular seçkinin nəticəsinə həlledici təsir göstərib, yoxsa yox?» Bu isə «Nyu York Tayms»ın sualıdır. ATƏT-in Müşahidə Missiyasının rəhbəri Hastings bu suala bazar günü keçirdiyi mətbuat konfransında birbaşa cavab verməyib. Ancaq onu bildirib ki, səsvermə Gürcüstan vətəndaşlarının iradəsini etibarlı şəkildə əks etdirib.


Britaniyanın «İndependent» qəzeti isə yazır ki, istənilən halda «qızılgül inqilabı»ndan sonrakı seçkilərdə 96 faiz səs yığan Saakaşvilinin indi 50 faizdən bir az çox səs toplaması onu zəiflədir.


Gürcü siyasi eksperti Aleksandr Rondeli deyir: «Mən daha yaxşı nəticə gözləyirdim. Bu, ümumi əhvalı göstərir və hökumət üçün çox neqativ aspektdir».


«İndependent» qəzetinin fikrincə, problem ondadır ki, Saakaşvilinin əleyhinə çıxan liderlərin əksəriyyəti Rusiyaya şübhə ilə yanaşır və Qərb yönümlü siyasəti müdafiə edirlər. Bu baxımdan qəzetin fikrincə, Gürcüstandakı hadisələrə Rusiya nüfuz edə bilməyəcək, hər şey Qərbin Saakaşviliyə dəstəyindən asılı olacaq. «Vol Strit Cornal» isə hesab edir ki, Qərbin dəstəyini bərpa etmək Saakaşvili üçün çətin olacaq.


Gürcüstanın ombudsmanı Sozar Subari isə bildirir ki, seçkiyə seçicilərin 60 faizinin gəlməsi onu göstərir ki, Gürcüstan əhalisi öz ölkəsinin idarəçiliyində daha əhəmiyyətli rol oynamaq istəyir: «Əsas nəticə budur. Əhalinin aktivliyi yüksək olanda saxtakarlıq etmək də çətin olur».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG