Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:46

Azərbaycan həmsədrlərə cavab hazırlayır


«Ermənistan tərəfi istəsə, seçki bəhanəsi olmadan da addımlar ata bilər»

«Ermənistan tərəfi istəsə, seçki bəhanəsi olmadan da addımlar ata bilər»

Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinə cavab hazırlayır və onu vasitəçilər regiona gələrkən təqdim edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib.


Həmsədrlər noyabrın sonlarında Madriddə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə sülh sazişinin prinsipləri haqqında sənəd təqdim ediblər. İndi isə tərəflərin reaksiyasını gözləyirlər. Rusiyalı həmsədr Yuri Merzlyakov «Azadlıq» radiosuna bildirib ki, onların regiona səfəri çox ehtimal ki, yanvarın ortalarında baş tutacaq.


Bakı vasitəçilərin növbəti səfəri zamanı Ermənistan tərəfindən də konkret reaksiya gözləyir. Xəzər İbrahim xatırladıb ki, keçən ilin sonunda Yerevandan bir sıra nikbin bəyanatlar səslənib – Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsini qaldırıb: «İndi isə praktiki addımlar atmaq vaxtıdır»


XİN sözçüsü onu da vurğulayıb ki, əgər Ermənistan siyasi iradə göstərsə, bu ölkədə gözlənilən seçkilər danışıqlar prosesini yubatmayacaq: «Danışıqlar prosesi çərçivəsində tərəflərin siyasi iradəsi olduğu zaman irəliləyiş üçün imkan tapıla bilinir. Buna görə də Ermənistan tərəfi istəsə, seçki bəhanəsi olmadan da addımlar ata bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG