Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:01

Bakı ümid edir ki, seçkilər Gürcüstanın sabitliyinə xələl gətirməyəcək


Gürcüstanda növbədənkənar prezident seçkiləri yanvarın 5-də keçirilib

Gürcüstanda növbədənkənar prezident seçkiləri yanvarın 5-də keçirilib

Azərbaycan Gürcüstanda keçirilmiş prezident seçkilərini nə tənqid edənlərə, nə də tərifləyənlərə qoşulur. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna bildirib ki, «seçkilər Gürcüstanın daxili işidir».


«Azərbaycan sabit Gürcüstan istəyir və biz istərdik ki, bütün proseslər dinc yolla qanun çərçivəsində cərəyan etsin».


Bununla belə XİN rəsmisi vurğulayıb ki, Bakı Gürcüstandakı seçkilərdə ölkələrarası münasibətləri sarsıda biləcək heç bir faktor görmür.


«Vacib faktorlardan biri odur ki Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar və biz müxtəlif sahələr üzrə sıx işbirliyi həyata keçiririk. Bizim siyasi, iqtisadi enerji sahəsində əməkdaşlığımız var. Xalqlar arasında dostluq münasibətləri mövcuddur. Bütün səylər göstərəcəyik ki, əlaqələrimizə xətər toxunmasın və münasibətlərimizi daha da inkişaf etdirək».


Bakı ümid edir ki, Gürcüstandakı seçkilər ölkənin sabitliyinə xələl gətirməyəcək.


Gürcüstanda növbədənkənar prezident seçkiləri yanvarın 5-də keçirilib.


XS
SM
MD
LG