Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:12

ATƏT seçkiləri bəyənir, Rusiya isə əksinə


ATƏT bu seçkini Gürcüstanda «demokratiyaya doğru zəfər addımı» adlandırıb

ATƏT bu seçkini Gürcüstanda «demokratiyaya doğru zəfər addımı» adlandırıb

Rusiyanın Xarici İşlər Nazirliyi deyib ki, Gürcüstanda prezident seçkisi ədalətsiz keçib. Nazirlik iddia edir ki, Mixail Saakaşvili «öz seçki kampaniyasında inzibati resusrlardan yararlanıb, müxalifət liderlərinə təzyiq edib».


ATƏT-in müşahidəçiləri deyirlər ki, bəzi qanun pozuntularına baxmayaraq, geniş mənada seçki azad və ədalətli keçib. ATƏT bu seçkini Gürcüstanda «demokratiyaya doğru zəfər addımı» adlandırıb.


Gürcüstanda Mixail Saakaşvili qələbəni qeyd edir, müxalifət partiyaları isə seçkinin nəticəsinə etiraz edirlər.


Mərkəzi Seçki Komissiyasının demək olar ki, yekunlaşmış məlumatına görə, Saakaşvili səslərin təqribən 52,8 faizini qazanıb ki, bu da birinci turla kifayətlənmək üçün yetərlidir. Gürcüstanın müstəqil hesab olunan «civil.ge» saytının məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Levan Tarkhnişvili deyib ki, Saakaşvilinin prezident olmaq ehtimalı böyükdür və ikinci tura ehtiyac olmayacaq.


Birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze 27 faiz toplayıb. Müxalifət partiyaları seçkinin nəticələrini saxta adlandırıb və ikinci turun keçirilməsini tələb edirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG