Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:12

İstanbuldan uçan təyyarə Bakıya enə bilməyib


İstanbuldan uçan təyyarənin göyərtəsində 100-ə yaxın sərnişin var

İstanbuldan uçan təyyarənin göyərtəsində 100-ə yaxın sərnişin var

İstanbuldan uçan təyyarə Bakıya enə bilməyib. «Azadlıq» radiosunun Azərbaycan Xidmətinin rəhbəri Kənan Kazımoğlu yanvarın 6-da İstanbuldan Bakıya yola düşən Türkiyə Hava Yollarına məxsus təyyarənin sərnişinləri arasında olub. O, məlumat verir ki, «Uçuş İstanbuldan vaxtında həyata keçirildi. Lakin Bakıya yaxınlaşanda təyyarə iki saat aeroport üzərində dövrə vurduqdan sonra geri qayıtmağa məcbur oldu».


Geri qayıdan təyyarə əvvəlcə Trabzonda yerə enib, sonra İstanbula qayıdıb. Göyərtədə 100-ə yaxın sərnişin var. Sərnişinlər Bakıya nə vaxt qayıdacaqlarını gözləyirlər. «AZAL»dan bildirirlər ki, hava şəraitindən asılı olaraq uçuşlar günün ikinci yarısı bərpa oluna bilər.


Günün bütün mövzuları

XS
SM
MD
LG