Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47

Anatoli Demyanenko «Neftçi»nin yeni baş məşqçisidir


Vlastimil Petrjela ilə bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilib
Vlastimil Petrjela ilə bağlanmış müqavilə hər iki tərəfin razılığı ilə ləğv edilib

Bakının «Neftçi» klubunun baş məşqçisi dəyişdirilib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Xəbərə görə, ukraynalı mütəxəssis Anatoli Demyanenko komandanın yeni baş məşqçisi təyin olunub. Ukraynanın http://www.football.ua/ saytının məlumatına görə, «Neftçi» Demyanenko ilə 3,5 illik müqavilə bağlayıb.


«Neftçi»nin keçmiş baş məşqçisi çex mütəxəssis Vlastimil Petrjela ilə bağlanmış müqavilə isə hər iki tərəfin razılığı ilə ləğv edilib.


Anatoli Demyanenko fəaliyyətə yanvarın 7-dən başlayacaq. O, 1959-cu il fevralın 9-da Dnepropetrovskda anadan olub. Demyanenko Ukraynanın «Dnepr» (1976-1978), «Dinamo» K (1979-1990, 1992), Almaniyanın «Maqdeburq» (1991) və Polşanın «Vidzev» (1991-1992) klublarının şərəfini qoruyub. SSRI yığma komandasının heyətində keçirdiyi 80 oyunda 6 qol vurub. Məşqçiliyə 1993-cü ildə vətənində başlayıb. Qısa müddətə SSK VSU komandasının baş məşqçisi, Kiyevin «Borisfen» klubunun isə məşqçisi olub. 1993-2005-ci ilərdə vaxtilə kapitanı olduğu Kiyev «Dinamo»sununda məşqçi vəzifəsini yerinə yetirib. 2005-ci ildən 2007-ci ilin sentyabrınadək Ukraynanın ən titullu komandasının baş məşqçisi olub. Baş məşqçi kimi Ukrayna çempionatının (2007) və kubokunun (2006, 2007) qalibi olub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG