Builki Paris-Dakar rallisi keçirilməyəcək. Bu haqda təşkilatçılar məlumat veriblər. Onlar deyiblər ki, iştirakçıların həyatına təhlükə var.
Bundan qabaq Mavritaniyada 4 fransız turist öldürülmüşdü. Fransa hökuməti öz vətəndaşlarına ora səfər etməməyi məsləhət görmüşdü.
Avtomobil yarışı yanvarın 5-i başlamalıydı. Yürüşün bir mərhələsi də Mavritaniyadan keçməli idi.