Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:50

Neftin qiyməti rekord həddə çatıb


Ötən il neftin dünya qiyməti 1,5 dəfə artıb
Ötən il neftin dünya qiyməti 1,5 dəfə artıb

Yeni ilin ilk iş günündə (yanvarın 2-də) xam neftin bir barelinin qiyməti tarixdə ilk dəfə olaraq 100 dollara çatıb.


Ekspertlər deyirlər ki, bu da son hədd deyil, çünki tələbat əvvəlkitək təklifi üstələyir.


Bununla belə, Ağ Evin mətbuat katibi Dana Periono bildirib ki, ABŞ prezidenti Corc Buş bazarda qiymətləri aşağı salmaq üçün hələlik strateji ehtiyatlardan neft satmağı düşünmür.


Ekspertlər hesab edirlər ki, ABŞ prezidenti sakitliyi saxlayır, çünki neftin qiyməti 1979-80-cı illərin (Yaxın Şərqdə neft böhranı dönəmi) səviyyəsini ötmür. O vaxt bir barel neftin qiyməti 38 dollar idi. İnflyasiya nəzərə alınmaqla, bu, təxminən indiki 100 dollardır.


Budəfəki qiymət artımının səbəbi nədir?


İqtisadçı Sem İden: «Çin və Hindistanda son dərəcə böyük iqtisadi artım neftə yüksək tələbat yaradıb. Üstəgəl, Nigeriya və Yaxın Şərqdə gərgin vəziyyət».


Yanvarın 2-də ABŞ-da benzinin orta qiyməti bir litr üçün 84 sentə çatıb. Gözlənilir ki, yazda qiymət 94 sentə qalxacaq.


Bir neçə saat əvvəl «Azadlıq» radiosunun müxbiri Nyu-Yorkdakı yanacaqdoldurma məntəqəsində məhz bu qiyməti ödəyib. «Bizə yaz qiymətləri artıq gəlib», - deyə müxbirimiz xəbər verir.


2007-ci ildə neft 57 faiz, son doqquz ildə isə təqribən 10 dəfə bahalaşıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG