Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:19

«Danışıqlar bir nəticə vermir. Amma günah bizdə deyil…»


«Danışıqların hələ heç bir nəticəsi yoxdur»

«Danışıqların hələ heç bir nəticəsi yoxdur»

«Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, 2007-ci ildə öz həllini tapmadı. Amma günah bizdə deyil, günah Ermənistanın qeyri-konstruktiv mövqeyindədir. Biz danışıqlara hazırıq və bu danışıqları aparırıq. Baxmayaraq ki, danışıqların hələ heç bir nəticəsi yoxdur. Sadəcə olaraq, biz çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək, beynəlxalq hüquq əsasında həll edək».


Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqına təbrikində belə deyib.


Dövlət başçısı ölkə iqtisadiyyatının durumuna da toxunub. «Bu il Azərbaycan iqtisadiyyatı 25 faiz artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir və şübhəsiz ki, Azərbaycanın bütün inkişafına çox böyük dərəcədə müsbət təsir göstərən amildir. Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə bütün sahələrdə irəliləyiş, canlanma müşahidə olunur».


Prezident deyib ki, «biz neft-qaz amilindən asılılığımızı azaldırıq, ölkə iqtisadiyyatı çoxşaxəli olmalıdır və biz buna nail olacağıq».


Günün bütün mövzuları

XS
SM
MD
LG