Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Beş jurnalist azad edildi


Yazısına görə tutulan beş jurnalist əfv edilib
Yazısına görə tutulan beş jurnalist əfv edilib
Prezident İlham Əliyevin verdiyi əfv fərmanına əsasən, dekabrın 29-da 100-dən artıq məhbus həbsdən azad edilib.


Onların arasında yazısına görə tutulmuş beş nəfər jurnalist də var.



Samir Sədaqətoğlu («Sənət» qəzetinin baş redaktoru) Salyan rayonu 5 saylı Koloniyadan, Rafiq Tağı («Sənət» qəzetinin yazarı) və Yaşar Ağazadə («Müxalifət» qəzetinin şöbə redaktoru) 16 saylı Koloniyadan, Rövşən Kəbirli («Müxalifət» qəzetinin baş redaktoru) 10 saylı Koloniyadan, Fərəməz Allahverdiyev isə («Nota Bene» qəzetinin əməkdaşı) Ədliyyə Nazirliyinin Bakıdakı Müalicə Müəssisəsindən azad edilib.


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli «Azadlıq» radiosuna müsahibəsində bunları dedi:


«Hesab edirəm ki, bütün hallarda insanın azadlığa çıxması yaxşı şeydir. Amma çox təəssüf edirəm ki, mənim azadlıq haqqım çox gec tanındı. Əslində, dövlət başçısı bu işə mayın 16-da müdaxilə etməli idi, öz qəti qərarını bildirməliydi ki, fikrə, sözə görə jurnalisti tutmaq olmaz. Ona görə də hesab edirəm ki, bu, ədalətsiz bir qərar idi və o, çox gec aradan qaldırıldı».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG