Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Bakı «Kitab Klubu» 4 jurnalisti mükafatlandırdı


Bu il ötən ildən fərqli olaraq iki deyil, dörd jurnalistə diplomlar təqdim edildi
Bu il ötən ildən fərqli olaraq iki deyil, dörd jurnalistə diplomlar təqdim edildi
Bakı «Kitab Klubu» kitab çapı və yayılmasına diqqət göstərən jurnalistləri mükafatlandırdı.

Dekabrın 28-də Bakı «Kitab Klubu»nun sərgi salonunda keçirilən mərasimdə klubun direktoru Elxan Rzayev qeyd etdi ki, bu nominasiya 3 ildir ki, təsis olunub. Qaliblər, əsasən, mətbuat və informasiya agentlikləri jurnalistləri arasından seçilir və bu il ötən ildən fərqli olaraq iki deyil, dörd jurnalistə diplomlar təqdim edilərək onlara suvenirlər verildi.


«Azadlıq» radiosunun təqdim etdiyi bu suvenirlər çanta, flash yaddaş, pul kisəsi, qələmlər və kiçik radioqəbuledicilərdən ibarətdir.


Qaliblər isə bunlardır:


1) Nərmin Muradova («Paritet» qəzeti),
2) Ülkər Qasımova (APA),
3) Bariz Əsədov («Azərbaycan» qəzeti)
4) Sabutay Nağıyev («Mədəniyyət» qəzeti).


Nominantlara Bakı «Kitab Klubu»nun təsis etdiyi «Mətbuatda dərc olunmuş məqalələri ilə ölkədə kitab işinin inkişafına etdiyi köməyə görə» fəxri diplomu və qiymətli hədiyyələr də təqdim olundu.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG