Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

Eynulla Fətullayevin apellyasiya şikayəti gələn ilə qaldı


E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevin apellyasiya şikayətinə baxılıb. Xəbəri «Azadlıq» radiosuna Fətullayevin vəkili İsaxan Aşurov verib.


Vəkil bildirib ki, apellyasiya şikayətində Eynulla Fətullayev ona bəraət verilməsini, İnsan Haqları haqqında Avropa Konvensiyasında nəzərdə tutulan hüquqlarının pozulmasının tanınmasını məhkəmədən xahiş edib. Bundan başqa o, haqqında qaldırılmış cinayət işi üzrə istintaqı aparan müstəntiqin, prokurorun və ittiham hökmü çıxaran hakimin hərəkətlərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq orqanlara xəbər verilməsini xahiş edib.


Proses yanvarın 8-də davam edəcək.


E.Fətullayev Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 214.1 (terrorçuluqla hədələmə) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 213.2.2 (vergi ödəməkdən yayınma (külli miqdarda gəlir əldə etməklə) maddələri ilə mühakimə olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG