Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

«Azərbaycan ordusu bütünlüklə NATO sisteminə keçib»


Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, 28 dekabr 2007

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu, 28 dekabr 2007

Artıq Azərbaycan ordusunun bütün qoşun növləri NATO standartlarına uyğunlaşdırılıb. Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.


Onun sözlərinə görə, 2007-ci ildə Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində atəşkəs intensiv pozulub və hər iki tərəf itkilər verib. Bununla bağlı ATƏT 2007-ci ildə qoşunların təmas xəttində 16 dəfə monitorinq aparıb.


Eldar Sabiroğlu Azərbaycanın 50-yə yaxın ölkə ilə hərbi sahədə işbirliyi qurduğunu, 21 ölkə ilə hərbi əməkdaşlıq müqaviləsi imzaladığını bildirib.


2008-ci ildə ordunun maddi-texniki bazasının, eyni zamanda kadrların sosial müdafiəsinin gücləndiriləcəyi deyilib. O, 2008-ci ildə Müdafiə Nazirliyi sistemində çalışanların əmək haqlarının artırılacağını da bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG