Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

«Müşfiq Hüseynov rəsmən «Bizim yol»da işləməyib»


Müşfiq Hüseynov rüşvət almaqda təqsirləndirilir
Müşfiq Hüseynov rüşvət almaqda təqsirləndirilir

Dekabrın 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Camal Ramazanovun sədrliyilə «Bizim yol» qəzetinin müxbiri Müşfiq Hüseynovun məhkəməsinə hazırlıq iclası başlayıb. Jurnalistin vəkili Vüqar Xasayevin «Azadlıq» radiosuna verdiyi xəbərə görə, dövlət ittihamını prosesdə Ehtiram Baxşəliyev müdafiə edir.


Müdafiə tərəfi «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin və redaktoru Elçin Rüstəmlinin şahid qismində prosesə çağırılması haqda vəsatət qaldırıb: «Qəzet redaktorlarının və Müşfiq Hüseynovun istintaqa verdikləri ifadələr arasında kəskin ziddiyyətlər var. Bahəddin Həziyev bildirir ki, Müşfiq Hüseynov rəsmən «Bizim yol»da işləməyib, ancaq redaksiyadan maaş alıb. Onun qəzet redaksiyasında işləmədiyi sübuta yetirilsə, istintaqın jurnalistə qarşı irəli sürdüyü vəzifəli şəxsin rüşvət alması iddiası aradan qalxır».


Hakim Camal Ramazanov vəsatəti qismən təmin edərək prosesin gedişində ehtiyac olarsa, «Bizim yol» qəzetinin redaktorlarının məhkəməyə çağırılması haqda qərar çıxarıb. Məhkəmə baxışı yanvarın 10-na təyin olunub.


«Bizim yol» qəzetinin müxbiri Müşfiq Hüseynov rüşvət almaqda təqsirləndirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG