Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:44

«Rusiyanın ABŞ-a təklifi gündəlikdən çıxmayıb»


Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov
Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov

Qəbələ Radiolokasiya Stansiyası (RLS) ilə bağlı Rusiyanın ABŞ-a təklifi gündəlikdən çıxmayıb. Bunu dekabrın 28-də Rusiyanın Bakıdakı səfiri Vasili İstratov bildirib.


Rusiya ABŞ-ın Şərqi Avropada raket əleyhinə müdafiə sistemləri quraşdırmaq planlarına qarşıdır və əvəzində Azərbaycandakı stansiyadan birgə istifadəni təklif edir.


Cənab İstratov deyib ki, məsələ ilə bağlı Vaşinqtonla təmaslar davam etməkdədir: «Moskva müzakirələrə açıqdır. Biz bütün suallara kompleks şəkildə münasibətimizi bildirmişik və təklifimiz masanın üzərindədir».


Səfir Rusiya və Azərbaycan münasibətlərindən də danışıb. O, əlaqələrin 2008-ci ildə daha yaxşı inkişaf edəcəyinə ümid edib. Amma İstratovun sözlərinə görə, iki ölkə telekanallarının qarşılıqlı yayımı ilə bağlı danışıqlarda hələlik nəticə yoxdur. Gələn ay bu məsələ ilə bağlı növbəti görüş keçiriləcək.


Rusiya tərəfinin 2008-ci ildə bu ölkədə yaşayan azərbaycanlı miqrantlar üçün müəyyənləşdirəcəyi kvotanın həcmi də hələ bəlli deyil. «Bizə bu barədə məlumat verməyiblər», - deyə səfir bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG