Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:44

Deputatlar hicaba yasağı düzgün saymırlar


Deputatların fikrincə, hicab məsələsi məktəb rəhbərlərinin səlahiyyətində olmalıdır
Deputatların fikrincə, hicab məsələsi məktəb rəhbərlərinin səlahiyyətində olmalıdır

Təhsil müəssisələrində hicaba yasaq qoyulması düzgün deyil. Bu, məktəb rəhbərlərinin səlahiyyətində olmalıdır. Parlamentdə «Təhsil haqqında» qanunun müzakirəsi zamanı hakim partiyadan olan deputat Siyavuş Novruzov belə deyib: «Hərə közü öz qabağına çəkir. Bu qanun rektorlar üçün yox, müəllimlər üçün olmalıdır. Rektorluq əbədi deyil, qanun isə hamıya xidmət etməlidir».


Spiker Oqtay Əsədov da məktəblərdə hicaba qadağa qoyulmasının qanunda göstərilməsini düzgün hesab etmədiyini deyib. O, belə maddənin qanunda yer almasına görə, parlamentin Elm və Təhsil Komissiyasının sədri Şəmsəddin Hacıyevə irad tutub.


Ana Vətən Partiyasından olan deputat Zahid Oruc da layihəni tənqid edib. Deyib ki, «Qarabağ münaqişəsinin həllinə inanır, nəinki belə formada qanunun qəbuluna».


Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildə yeni təhsil qanununun hazırlanmasına başlanılıb. Amma 12 il müddətində onu qəbul etmək mümkün olmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG