Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:17

İranda sulu qəlyan hazırlayan çayxanalar bağlanır


Təkcə Təbriz şəhərində 11 çayxananın fəaliyyəti dayandırılıb

Təkcə Təbriz şəhərində 11 çayxananın fəaliyyəti dayandırılıb

Dekabrın 20-dən etibarən İranın Səhiyyə Nazirliyinin göstərişi ilə restoran və çayxanalarda siqaret və sulu qəlyanın çəkilməsi yasaq edilib. Bununla da dekabrın 26 və 27-də təkcə Şərqi Azərbaycan vilayətində yeni qanuna riayət etməyən 49 çayxana qapadılıb. Bunların 11-i vilayətin mərkəzi Təbrizdə yerləşir.


Dekabrın 27-də «Fars» xəbər agentliyinə müsahibə verən Şərqi Azərbaycan vilayətinin Ümumi Məskən İdarəsinin sədri Hadi Əbdi bildirib ki, Təbrizdə 401 və vilayət səviyyəsində təxminən 1500 çayxana qeydiyyatdan keçirilib. Bunların hamısına bir həftə öncədən sulu qəlyanları yığışdırmalı olduqları haqda rəsmi hökm göndərilib.


Fəaliyyət vəsiqəsi olmayan çayxanalara isə 24 saat öncədən xəbərdarlıq edilib. Buna rəğmən yeni qanuna göz yumub, müştərilərinə qəlyan hazırlayan çayxanaların qapısı dərhal möhürlənib.


Cənab Əbdi bildirib ki, yeni qanunu ilk dəfə pozan çayxananın fəaliyyəti 10-15 gün, ikinci dəfə 1 ay, üçüncü dəfə isə 3 ay və nəhayət tamamilə dayandırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG