Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:46

Dünya Bhuttonun qətlini pisləyir


Pakistan müxalifətinin lideri Bənazir Bhutto dekabrın 27-də mitinqdə qətlə yetirilib

Pakistan müxalifətinin lideri Bənazir Bhutto dekabrın 27-də mitinqdə qətlə yetirilib

BMT Bhuttonun qətli ilə əlaqədar qurumun baş katibi Ban Ki Munun iştirakı ilə təcili iclas keçirib. Qurumun bəyanatında deyilir ki, BMT ekstremistlərin Bhuttoya qarşı törətdikləri terror aktını kəskin pisləyir.


Ban Ki Mun qətli «mənfur cinayət» adlandırıb. Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, İtaliya və Yaponiya Bhuttonun qətlinin terrorizm və fanatizm adlandırıblar.


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mixail Kamınin deyib ki onun ölkəsi müxalifət liderinin öldürülməsini qəti şəkildə pisləyir və ümid eləyir ki, Pakistan hakimiyyəti ölkədə sabitliyi bərpa eləmək üçün lazım olan addımları ata biləcək.


Amerika Dövlət Departamentinin sözçüsü Tom Keysi də hücumu pisləyib və deyib ki Buttoya sui-qəsd Pakistanda demokratiya qurulmasını istəməyənlərin işidir.


Hindistan bu hadisəni «iyrənc bir addım» kimi qiymətləndirib. İran rəsmiləri də bu hadisəni terrorizm adlandırıb.


Ölümündən az əvvəl Pakistana səfəri ərəfəsində Bhutto ilə görüşən Əfqanıstan prezidenti Həmid Kərzayi sabiq baş nazirin qətlini qəddarlıq adlandırıb.


Vatikan da hesab edir ki, Bhuttonun ölümü faciəvidir və terrorizmdir.


Pakistan müxalifətinin lideri, sabiq baş nazir Bənazir Bhutto dekabrın 27-də mitinqdə qətlə yetirilib.


Pakistanda 3 günlük matəm elan olunub. Prezident Pərviz Müşərrəf xalqı sakitliyə çağırıb və deyib ki, qatillər cəzadan qaça bilməyəcəklər.



Günün bütün mövzuları

XS
SM
MD
LG