Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:55

TQDK «Təhsil haqqında» qanun layihəsinə münasibət bildirdi


M.Abbaszadə məktəblərdə hicaba qoyulan qadağını düzgün hesab etmədiyini deyib
M.Abbaszadə məktəblərdə hicaba qoyulan qadağını düzgün hesab etmədiyini deyib

«Təhsil haqqında» qanun əsasında icra orqanları arasında vəzifə bölgüsü aparılması düzgün deyil. Bu səlahiyyət yalnız prezidentə məxsusdur.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Milli Məclisin müzakirəsinə təqdim edilən «Təhsil haqqında» qanun layihəsinə münasibət bildirərkən belə deyib.


Komissiya sədri ali məktəblərə qəbul qaydalarının dəyişilməsi haqda deyilənlərə də birmənalı yanaşmayıb. O, bildirib ki, əgər Azərbaycanın ali məktəbləri Bolonya prosesinə qoşulursa, beynəlxalq standartlara uyğun olan hansısa mexanizmi dəyişib keçmiş mexanizmə qayıtmaq heç bir məntiqə sığmır.


M.Abbaszadə qanun layihəsində məktəblərdə hicaba qoyulan qadağını düzgün hesab etmədiyini deyib: «Hicab hər bir kəsin fərdi seçimidir. Ölkə Konstitusiyasına əsasən, dinindən və əqidəsindən asılı olmayaraq, hər bir kəsin təhsil almaq hüququ var».


«Təhsil haqqında» qanun layihəsi dekabrın 28-də Milli Məclisin müzakirəsinə çıxarılacaq.


Komissiya sədri gələn il üçün ali məktəblərə sənəd qəbulu sahəsində bir sıra yeniliklərin olacağını da söyləyib. Belə ki, TQDK sənəd qəbulunun internet vasitəsilə həyata keçirməyi planlaşdırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG