Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:54

Texnikumları əla qiymətlərlə bitirənlər universitetə imtahansız qəbul olunacaq


«Təhsil haqqında» qanun layihəsi dekabrın 28-də parlamentin müzakirəsinə çıxarılacaq

«Təhsil haqqında» qanun layihəsi dekabrın 28-də parlamentin müzakirəsinə çıxarılacaq

Azərbaycanın yeni «Təhsil haqqında» qanuna görə, orta təhsil üçpilləli olacaq. Buraya ibtidai, ümumi və tam orta təhsil mərhələləri daxildir. Dövlətin verdiyi icbari təhsil 9 illik olması nəzərdə tutulur.


Dekabrın 26-da Milli Məclisin komissiyasında qanun layihəsi müzakirəyə çıxarılıb. Elm və təhsil daimi komissiyanın sədri Şəmsəddin Hacıyev layihə ilə bağlı 500-dən artıq təklifin daxil olduğunu və yekun sənədin də məhz bu təkliflər nəzərə alınmaqla hazırlandığını vurğulayıb.


Yeni layihəyə görə, təhsillərini texnikumlarda davam etdirən şagirdlər üçün güzəştlər nəzərdə tutulub. Belə ki, həmin məktəbləri əla qiymətlərlə bitirənlər ali məktəblərin ikinci kursuna imtahansız qəbul olunacaqlar. Şəmsəddin Hacıyev deyir ki, bu qərar orta ixtisas məktəblərinin işində stimul yaradacaq.


Yeni layihəyə görə uzun müddətdir mübahisə obyekti olan aspiranturalar ləğv olunur. Onların əvəzində doktorantura fəaliyyət göstərəcək.


Qanun layihəsi dekabrın 28-də parlamentin müzakirəsinə çıxarılacaq.


Azərbaycanda hazırda qüvvədə olan «Təhsil haqqında» qanun 1992-ci ildə qəbul olunub. 1995-ci ildə yeni təhsil qanununun hazırlanmasına başlanılıb. Amma 12 il müddətində onu qəbul etmək mümkün olmayıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG