Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:14

Qənimət Zahidin məhkəməsi yanvarın 8-nə qaldı


Jurnalistin vəkili deyir ki, ittihamların əsası yoxdur və istintaq qeyri-obyektiv aparılıb

Jurnalistin vəkili deyir ki, ittihamların əsası yoxdur və istintaq qeyri-obyektiv aparılıb

Dekabrın 26-da Yasamal Rayon Məhkəməsində «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsi başlayıb. Qənimət Zahid və onun az ağır bədən xəsarəti yetirdiyi iddia olunan Vüsal Həsənov məhkəməyə gətirilib.


Hər iki tərəfin vəkilləri təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıblar. Təqsirləndirilən şəxslər vəsatətə etiraz etməyiblər.


Məşvərətdən qayıdan məhkəmə vəsatətləri təmin etməyib. Beləliklə, hazırlıq iclası başa çatdı. Proses yanvarın 8-də davam edəcək.


Qənimət Zahidə iki aylıq həbs olunub. Jurnalistin vəkili Elçin Sadıqov deyir ki, baş redaktora qarşı ittihamların əsası yoxdur, istintaq qeyri-obyektiv aparılıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG