Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:28

Daxili uçuşlar üçün təyyarə biletlərinin qiyməti qaldırılıb


Yanvarın 1-dən Azərbaycan daxilində uçuşlar üçün təyyarə biletlərinin qiymətini qaldırılıb

Yanvarın 1-dən Azərbaycan daxilində uçuşlar üçün təyyarə biletlərinin qiymətini qaldırılıb

Hökumət yanvarın 1-dən Azərbaycan daxilində uçuşlar üçün təyyarə biletlərinin qiymətini qaldırıb. Dekabrın 25-də bu qərarı Tarif Şurası verib.


Qərara görə, Bakı-Naxçıvan-Bakı reysi üçün qiymət 95 manat, Gəncə-Naxçıvan-Gəncə reysində 39 manat, Bakı-Gəncə-Bakı istiqamətində birtərəfli uçuş qiyməti isə 56 manat olacaq.


Gələn ildən Bakı-Lənkəran-Bakı reysi ilə biletin qiyməti 41 manat, Bakı-Zaqatala-Bakı reysləri üzrə qiymət isə 52 manat təsdiqlənib.


Bundan başqa, Şuranın qərarına əsasən yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər isə hər bir kiloqram üçün 30 qəpik müəyyənləşib.


Amma Tarif Şurası özü Nazirlər Kabinetinə müraciət edəcək ki, Naxçıvana uçuşların qiyməti azalsın.


Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir, hava nəqliyyatı onun ölkənin başqa əraziləri ilə əsas nəqliyyat növüdür.



Günün bütün mövzuları

XS
SM
MD
LG