Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

BMT Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məruzə yayıb


Ermənistan hesab edir ki, BMT sənədinin «hüquqi nəticələri» ola bilməz
Ermənistan hesab edir ki, BMT sənədinin «hüquqi nəticələri» ola bilməz

BMT-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən hazırlanmış «Azərbaycan ərazilərinin hərbi işğalı: hüquqi qiymət» adlı məruzə yayılıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Dağlıq Qarabağın və Azərbaycanın ona bitişik yeddi rayonunun Ermənistan tərəfindən işğalı haqqında ətraflı informasiya var.


«Ermənistan Azərbaycanın ərazilərini zəbt edib və bu ərazilərin özünə birləşdirilməsi üçün orada etnik təmizləmə aparıb»-, deyə məruzədə qeyd edilib.


«Turan» xəbər yayıb ki, bu məruzənin təqdimatını şərh edən Ermənistan XİN-in mətbuat katibi Vladimir Karapetyan deyib ki, sənədin «hüquqi nəticələri» ola bilməz. «Belə təşəbbüslə çıxış etmək hər bir dövlətin haqqıdır. Bu təşəbbüsün hər-hansı hüquqi nəticəsi ola bilməz», - deyə o, bildirib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG