Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:37

Fəallardan bir neçəsi azadlığa buraxılıb


Fəalların nə zaman və hansı ittihamlarla mühakimə ediləcəyi hələ məlum deyil

Fəalların nə zaman və hansı ittihamlarla mühakimə ediləcəyi hələ məlum deyil

Aylardan bəri heç bir ittiham irəli sürülmədən Tehranın Evin həbsxanasında saxlanılan Azərbaycan fəallarının bir neçəsi şərti olaraq azad edilib.


Dekabrın 22-də hüquqşünas və hüquq müdafiəçisi Saleh Kamrani 160 min dollar, jurnalist Mirqasım Seyyidinzadə 50 min dollar, dekabrın 23-də isə universitet müəllimi Əbdüllah Abbasi 90 min dollar məbləğində girov şərti ilə sərbəst buraxılıblar.


Bundan bir neçə gün əvvəl dekabrın 19-da da azərbaycanlı jurnalist Yaqub Salikiniya zəmanət şərti ilə azad edilib.


Xəbəri yayan «Savalan Səsi» saytı bildirir ki, fəalların azad edilməsində beynəlxalq insan haqları təşkilatlarının İran rejiminə göstərdiyi təzyiq, eyni zamanda İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası və Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin apardığı geniş kompaniyaların böyük təsiri olub.


Fəalların nə zaman və hansı ittihamlarla mühakimə ediləcəyi hələ məlum deyil.


Azərbaycanlı jurnalist və hüquq müdafiəçilərinin bir neçəsi, o cümlədən də bu yaxınlarda Zəncan həbsxanasından Tehranın Evin zindanına köçürülən Səid Mətinpur və Cəlil Qənilunun taleyi isə naməlum qalır.


Günün bütün mövzuları

XS
SM
MD
LG