Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

Hüquq müdafiəçiləri prezidentə müraciət göndərir


İşçi Qrupun üzvü Səidə Qocamanlı, 2 mart 2007

İşçi Qrupun üzvü Səidə Qocamanlı, 2 mart 2007

Prezident yanında Əfv Komissiyasından verilən xəbərə görə, son bir ayda 550 məhbus əfv üçün prezidentə müraciət edib. Əfv Komissiyası isə onlardan yalnız 100-nün müraciətini prezidentə göndərib.


Dekabrın 24-də rəsmi qurumların və QHT nümayəndələrinin təmsil olunduğu Siyasi Məhbuslar üzrə İşçi Qrupun toplantısında da yaxın günlərdə prezidentin imzalaması gözlənən əfv fərmanı müzakirə edilib.


İşçi Qrupun üzvü Səidə Qocamanlı bildirir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gözlənilən əfv fərmanında hazırda həbsdə olan jurnalistlərin də adlarının olacağı istisna deyil. Amma gizli saxlandığından Əfv Komissiyasının prezidentə hansı jurnalistlərin adlarını göndərdiyi hələlik bəlli deyil.



Qocamanlının sözlərinə görə, İşçi Qrupda təmsil olunan hüquq müdafiəçilərini ən çox həbsdəki jurnalistlər -- Mirzə Sakit (Sakit Zahidov), Fərəməz Allahverdiyev və Yaşar Ağazadənin əfv üçün prezidentə müraciət etməmələri narahat edir:



«Fikrimizcə, Mirzə Sakitin azadlığa buraxılması ilə bağlı problem olmamalıdır. Çünki o, vicdan məhbusu kimi tanınıb. Bununla bağlı presedent var. 1995-ci ildə «Çeşmə» qəzetinin jurnalistləri vicdan məhbusu kimi tanındıqdan sonra dövlət başçısı Heydər Əliyev onları azad etmişdi».


Səidə Qocamanlı düşünür ki, budəfəki əfv fərmanı ilə jurnalistlər və siyasi məhbuslar azad edilməsə, Avropa Şurasının 2008-ci ilin yanvarında keçiriləcək qış sessiyasında Azərbaycan ciddi qınaqlarla üzləşə bilər. Hüquq müdafiəçisi bu halda qurumun Azərbaycana yenidən siyasi məhbuslar üzrə məruzəçi təyin edə biləcəyini də istisna etmir:


«Siyasi Məhbuslar üzrə İşçi Qrupda təmsil olunan insan haqları müdafiəçiləri bütün jurnalistlərin azad edilməsi üçün prezident İlham Əliyevə müraciət etmək haqda qərar qəbul edib».


Hazırda Azərbaycanda müxtəlif ittihamlarla 9 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG