Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:19

Mətbuat Şurası prezidentdən jurnalistləri əfv etməyi xahiş edir


MŞ həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını xahiş edir

MŞ həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını xahiş edir

Mətbuat Şurası (MŞ) prezident İlham Əliyevə həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciət ünvanlayıb. MŞ-dən «Turan» informasiya agentliyinə verilən məlumata görə, müraciətdə deyilir ki, «belə bir humanist akt ölkəmizdə söz və mətbuat azadlığına, insan hüquqlarına sayğının daha bir nümunəsi ola bilər».


Müraciətdə həmçinin deyilir ki, sənədi ünvanlamazdan əvvəl MŞ-nın sədri Əflatun Amaşov həbsdə olan jurnalistlərin bir qrupu ilə onların cəzalarını çəkdikləri müəssisələrdə görüşüb, söhbətlər zamanı onların əfvə münasibətlərini öyrənib.


«Bütün bunların nəticəsi olaraq, Mətbuat Şurası adından məhbus həyatı yaşayan media təmsilçilərinin müstəsna hal kimi azadlığa buraxılmaları üçün ölkə prezidentinə müraciət göndərilməsi qərara alınıb», - deyə MŞ-nin müraciətində deyilir.


Hazırda Azərbaycanda 9 jurnalist həbsdədir.


Günün bütün mövzuları

XS
SM
MD
LG