Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

Bakı ümid edir ki, Gürcüstandakı seçkilərdə azərbaycanlı seçicilərin hüquqları tam təmin ediləcək


Azərbaycan ümid edir ki, Gürcüstan Bakı ilə qonşuluq və strateji dostluq münasibətlərini nəzərə alaraq, gələn ay keçiriləcək prezident seçkilərində bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarını tam təmin edəcək.


Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim dekabrın 24-də bildirib.


Gürcüstanda erkən prezident seçkisi yanvarın 5-də keçiriləcək. Bir qrup Azərbaycan təşkilatları budəfəki səsvermə ərəfəsində seçki bülletenlərinin yalnız gürcü dilində dərc olunmasından narazılıqlarını bildiriblər və Tbilisidəki Azərbaycan səfirliyindən bununla bağlı yardım istəyiblər.


Əvvəllər Gürcüstanın xüsusi ilə azərbaycanlılar yaşayan bölgələrində seçkilər zamanı bülletenlər Azərbaycan dilinə də tərcümə olunurdu.


Xəzər İbrahim bildirib ki, məsələ ilə bağlı Azərbaycan səfirliyi Gürcüstan tərəfi ilə danışıqlar aparır.


Günün bütün mövzuları

XS
SM
MD
LG